Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı soyqırımı - qan yaddaşımız!

0

  •          1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları Xocalıya 3 tərəfindən geniş miqyaslı hücuma keçdilər. 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalını yerlə yeksan edən ermənilər qadın körpə yaşlı cavan demədən Xocalı əhalisinə amansız divan tutdular. Əliyalın insanlara qarşı amansız işgəncələr vəhşiliklər törədən erməni cəlladları heç bir beynəlxalq müharibə qanunlarına əməl etmədilər. 1992-ci il yanvarın 28-də Xocalıya sonuncu vertalyot eniş etmişdir bundan sonra yeganə nəqliyyat vasitəsi olan hava nəqliyyatı da gəsilmişdir çünki o zaman Şuşa səmasında 40 nəfərin ölümü ilə nəticələnən vertalyot erməni quldurları tərəfindən vurulmuşdu. Ağdama gedən avtomobil yolu əsgərandan keçirdi onuda ermənilər bağlamışdılar bir sözlə Xocalı hər tərəfindən mühasirəyə alınmışdı. Çarəsiz xocalılar ümidsiz şəkildə Qarqar çayını keçərək meşəyə doğru üz tutdular Ağdama çatmaq ümidiylə insanlar şaxtalı fevral gecəsi əliyalın ayağı başıaçıq meşəylə irəliləyir qarşıda onları nələrin gözlədiyindən xəbərsiz idilər. Erməni cəlladları o gecə xocalılara amansız divan tutdular insanlar əsir götürülərək başlarına minbir müsibətlər açıldı.Soyqrım zamanı 613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi 1275 nəfər əsir götürüldü 8 ailə tamamilə məhv edildi qoca uşaq qadın demədən insanlığa qarşı XX  əsrdə qətliyam törədildi. Bütün dünya erməni faşistlərin törətdiyi bu cinayətə 31 ildi göz yumur artıq haqq ədalət öz yerini tapmalı günahkarlar müttəhimlər kürsüsündə öz layiqli cəzalarını almalıdır. Doğrudur Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu 44 günlük Zəfər savaşımızda düşmənə layiq olduğu cavabı verdi şəhidlərimizin qisasını aldılar ancaq Xocalı qatilləridə törətdikləri əməllərinin cəzasını mütləq alacaqlar o zaman xocalılar mənən və ruhən sakitlik tapacaqlar. Anar Əbdülov,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib44 dəfə
    Xocalı soyqırımı qan yaddaşımız!

    Maraqlı gələ bilər
    48
    312
    277
    41